Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən Prezident seçkilərində
Cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan
Respublikasının Prezidenti seçilmişdir.
Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə
də doğru və müdrik seçim etmişdir. Xalqımız səsini Ulu öndər Heydər Əliyevin müəyyən
etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı
regionun liderinə və beynəlxalq aləmdə etibarlı
tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdir.
Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son üç ildə Azərbaycan
öz inkişafının keyfiyyətcə yeni mərhələsinə
daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı
islahatlar ilə xaraqterizə olunur. Dövlətimizin
başçısı “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma ” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və
dinamikdir .
Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir. Səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini
təmin edir. Nəticədə daxili siyasətin
davamı və tamamlanması olan xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmlənir.
Öz vəzifəsində daim Xalqın yanında olan Prezident Cənab İlham Əliyev siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşının
sosial rifahı, təhlükəsizliyi, xoşbəxt həyat
yaşamaq amalı dayanır.
44
günlük Vətən müharibəsində Xalqına Zəfər bəxş
edən Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyev bu gün işğaldan azad olunmuş doğma torpaqlarmızın dirçəldilməsi sayəsində
öz diqqət və qayğısını əsirgəmir.
Artıq
iki ildir ki, müzəffər Azərbaycan Ordusu xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarmızı Ermənistanın
işğalçı silahlı qüvvələrindən azad etmək
kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.
Yaşasın
Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız! Anar Hüseynov, Xocalı rayon ziyalısı